Astarada əhalinin səmərəli istirahəti üçün bulvar salınır.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Astarada tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Şəhər ərazisində 4 və 5 mərtəbəli yaşayış binalarının fasad hissələrində əsaslı təmir işləri görülür.
Bu işlərin aparılması üçün 100-ə yaxın işçi qüvvəsi cəlb olunub. Dənizkənarı ərazidə uzun illər su altında, bataqlıqda qalan torpaq qatı qurudularaq, bulvar və çimərlik salınır. Hazırda torpaq bərkitmə işləri aparılır. Ərazi tam hamarlanandan sonra, layihə əsasında tikinti işlərinə başlanılacaq.