Müğənni Nodar Reviya Azərbaycanın paytaxtında çıxışına iki gün qalmış Bakıya gəlib.
Oxu.Az 1news.az-a istinadla xəbər verir ki, “Qolos” şousunun ikinci mövsümü 11 aprel “Opera Sky” klubunda keçiriləcək, Beat Group – “Jam session”, şirkətinin layihəsi çərçivəsində keçirilən bu təqdimatın məqsədi yeni istedadların musiqi dünyasında öz yollarını tapmağa yardım etməkdir.
Nodar Reviya azərbaycanlı dinləyicilərə “Qolos” layihəsindən tanışdır, o, bu layihədə “görmədən dinləmə” yarışmasında Tom Consun “Kiss” mahnısını ifa edərək müğənni Pelageyanın rəğbətini qazanıb sonradan onun rəhbərliyi altında çıxışını davam etdirib.
Təqdimatda “Rast” qrupu, “Opera Sky”-ın “Beatheaven” və “Twenty five” qrupları da iştirak edəcəklər.
Qeyd edək ki, layihədə azərbaycanlı ifaçılardan başqa hər ay uzaq və yaxın xarici ölkələrdən olan vokalistlər və musiqiçilər iştirak edəcəklər.