Bu gün, yerli vaxtla 09:26:30-da Qobustandan 25 km qərbdə Şamaxıda zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, zəlzələ yerin 7 km dərinliyində baş verib. Maqnitudası 3,2 təşkil edən zəlzələ hiss olunmayıb.
Bundan təxminən 21 dəqiqə sonra ərazidə bir daha zəlzələ qeydə alınıb. Məlumata görə, gün ərzində ikinci zəlzələ yerli vaxtla saat 09:47:36-da Qobustandan 19 km qərbdə, Şamaxıda zəlzələ qeydə alınıb.
Yerin 17 km dərinliyində baş verən zəlzələnin maqnitudası 3,3 təşkil edib. Zəlzələ hiss olunmayıb.