İyulun 19-na keçən gecə, saat 04:00 radələrində Saatlı rayonu Məmmədabad kəndində iki nəfər intihar edib.
Oxu.Az xəbər verir ki, Saatlı rayonu Polis şöbəsinin növbətçi hissəsindən Modern.az saytına hadisəni təsdiqləyərək bildirilib ki, özlərinə qəsd edənlər Məmmədabad sakinləri olan qohumlardır.
Belə ki, 11.12.1993-cü il təvəllüdlü Askanov Mürşüd Cümşüd oğlu və 11. 02. 1997-ci il təvəllüdlü Ağaşova Şəfəq Əlşad qızı kənddəki meşədə özlərini iplə ağacdan asaraq intihar ediblər.
“İntiharın səbəbləri bilinmir. Hadisəylə bağlı cinayət işi açılıb”.
Kənd sakinləri verdikləri məlumatda intihar edənlərin yeznə-baldız olduğunu söyləyiblər.
İntihar edən şəxslər arasında sevgi münasibətləri olduğu ehtimal edilir.