Azərbaycanda daha bir ana və uşaq doğuş zamanı ölüb
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə ötən gecə İsmayıllı rayon Doğum Evində baş verib.
Xəstəxanaya gecə saatlarında gətirilən 32 yaşlı Şəhla Ağababayevanın və körpənin həyatını xilas etmək mümkün olmayıb.
Doğum evinin baş həkim əvəzi Lətif Maqsudov ölüm faktını təsdiqləsə də, ölümün səbəbini açıqlamayıb.
Onun sözlərinə görə, qadının doğuşu normal keçib. Doğuşdan yarım saat sonra tromb əmələ gəlib və qadın vəfat edib.
“Bəs uşaq niyə ölüb?” sualına isə cavabı belə həkim belə cavab verib:
“Bu, ekspertiza rəyindən sonra bilinəcək. Şamaxının məhkəmə-tibbi eksperti ilə birlikdə müayinə aparılır”.
Həkim həmçinin bildirib ki, mərhum Şəhla Ağababayevanın öz həkimi elə əmisi qızı olub. Onun nəzarətində xəstəxanaya gətirilib və doğuşa götürülüb.