Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” barədə qərar verib.
Oxu.Az-ın məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərarla elektron xidmət növlərinin siyahısına əlavələr edilib.
Qərarda bildirilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 19 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
3.9. Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
2. Aşağıdakı məzmunda 3.9-1 - 3.9-6-cı və 3.19-cu bəndlər əlavə edilsin:
3.9-1. Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-2. Nikah haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-3. Nikahın pozulması haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-4. Övladlığa götürmə haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-5. Atalığın müəyyən edilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.19. Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi