“Qarabağ”ın çempionluğunu qeyd edən zaman 17 yaşlı Orxan Salahlı tribunadan yıxılıb və ayağı sınıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi Facebook səhifəsində yerləşdirilib.
“Komandamın çempionluğu rəsmiləşdikdən sonra futbolçulara tərəf qaçmaq üçün tribunadan aşağı tullanmaq istəyirdim. Bu zaman arxadan kimsə məni itələdi. Dostlarım dedi ki, həmin şəxs polis idi. Yerdə yıxılıb qaldım. Sağ olsun uşaqlar. Kömək etdilər və məni həkimə apardılar. Yerdə olanda ağrı hiss etmirdim. Duranda 1-2 addım atmaq istədikdə ayağımda dəhşətli ağrılar başladı. Bu zaman bir polis məni tutub stadiondan çıxarmaq üçün dartışdırdı.
Lakin uşaqlar ona vəziyyəti izah etdikdən sonra polis məndən əl çəkdi. Mən doğulandan “Qarabağ”lıyam. Bu yaxınlarda 17 yaşım tamamlanacaq. Ayağım gec-tez sağalacaq. Əsas odur ki, “Qarabağ” çempion oldu. Məni həkimə aparan, həkimə aparılana qədər yanımda kömək olan hər kəsə minnətdarlığımı bildirirəm”.

F.H
www.oxu.az