Azərbaycanda ən yaşlı seçici qadındır.
Oxu.Az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında komissiya sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, hazırda ölkədə ən yaşlı seçici 136 yaşlı Tamam Əli qızı Əzizovadır. O, 1890-cı ildə Lənkəran rayonunda anadan olub, hazırda 78 saylı Dairə Seçki Komissiyasının 38 saylı məntəqəsinin ərazisindəndir.
Azərbaycanda ən yaşlı kişi seçici isə Tovuz rayon sakinidir. 1920-ci il təvəllüdlü Fərrux Səməd oğlu Hacıyev Tovuz rayonu 107 saylı Dairə Seçki Komissiyasının 11 saylı məntəqəsində qeydiyyatdadır.
M.Pənahov qeyd edib ki, Azərbaycanda yaşı 100 və yuxarı olan seçilərin sayı 209 nəfərdir.