Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda güclü zəlzələ baş verdi
Oğuzda güclü zəlzələ baş verib.
Oxu.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat 10:15:18-də Şəkidən 14 km cənub-şərqdə - Oğuz rayon ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.
Oğuz sakinləri Oxu.Az-a bildiriblər ki, zəlzələ baş verəndə hər kəs həyəcanlanaraq, mənzillərdən çölə çıxıb.
“Məktəblərdə şagirdləri evə buraxıblar”.
Dağıntılarla bağlı dəqiq məlumat yoxdur.
E.Ə.
"Oğuz rayonu" teqi üzrə xəbərlər
- 3 gündür itkin düşən Camalın meyiti dağda tapıldı: Ağacdan asılı vəziyyətdə olub
- Oğuzda aptekdə satıcı qadını bıçaqla hədələyib quldurluq edən şəxs tutulub
- Oğuzda xüsusi qeyd edilən Novruz ənənələri
- Bakıda 31 yaşlı kişi dəm qazından boğularaq ölüb
- Oğuzda narkotik alverində şübhəli bilinən şəxslər tutulublar
Ən çox oxunanlar