Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda iki prokuror vəzifələrindən AZAD OLUNDU
Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fikrət Mahmudovun və Baş Prokurorluğunun Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Kamran Əhmədovun qulluq keçmələrinə xitam verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxslər qulluqda olmanın yaş həddi ilə əlaqədar qulluq keçmələrinə xitam verilib.
Qeyd olunub ki, Baş prokuror Kamran Əliyev prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara "Prokurorluğun fəxri işçisi" döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin işi məhkəməyə göndərilib
- Baş prokurorluğa YENİ İDARƏ RƏİSLƏRİ təyin edildi
- Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri vətəndaşlara İKİ MİLYON manat ziyan vurub
- Fazil Həsənəliyev: "Tibbi müdaxilələr zamanı baş verən ölüm halları araşdırılır"
- Natiq Abdullayev: "Vətəndaşlar naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməsinlər"