Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aİ-də korrupsiya skandalı: Ofislərə baxış keçirilir
Avropa Parlamentinin (AP) Brüssel və Strasburqdakı ofislərində hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar aparırlar.
Bu barədə "Der Spiegel" xəbər verib.
Nəşrin məlumatına görə, reydlər Avropa Parlamentinə seçki ərəfəsində Rusiyanın təbliğat rupor kimi istifadə olunduğu iddia edilən "Voice of Europe" xəbər portalı ətrafında olan işlə bağlıdır.
"Der Spiegel"in müxbiri istintaq orqanları əməkdaşlarının Niderland Avropa Parlamenti üzvü Marsel de Qraafın Brüsseldəki ofisinə daxil olduğunun şahidi olub. Həmçinin de Qraafın köməkçisi Giyom P.-nin ofisində axtarışlar aparıldığı bildirilir.
Daha əvvəl Giyom P. Almaniyanın "Almaniya üçün Alternativ"in nümayəndəsi Maksimilian Kranın yanında işləyib, onun adı isə seçkiqabağı qalmaqalda hallanır. Bundan əlavə, "Der Spiegel"in iddiasına görə, bu əməkdaş Polşada Rusiya xeyrinə casusluqda şübhəli bilinən şəxsə parlament üzvlüyü vəsiqəsinin verilməsi işində rol oynayıb.
"Avropa Parlamenti" teqi üzrə xəbərlər
- Azər Badamov: "Avropa Parlamentində cəmləşmiş riyakarlar yuvasının dağılması labüddür"
- İcma: "Avropa Parlamenti Azərbaycana qarşı bitib-tükənməyən nifrəti nümayiş etdirdi"
- Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsini pisləyib
- Fuad Hüseynəliyev: "Fransada bugünkü siyasi böhran Makronun yanlış idarəçiliyinin nəticəsidir"
- İlon Maskla bağlı araşdırma tələb edildi: Trampın xeyrinə "X" sosial şəbəkəsində dəyişikliklər edib?