Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda intensiv yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 7-si axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Qərb küləyinin sürəti bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar