Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda işçilərin ezamiyyə qaydaları DƏYİŞDİRİLDİ
Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"nın təsdiq edilməsi haqqında" 18 yanvar 2012-ci il tarixli qərarında dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı nazir Samir Şərifov yeni qərar imzalayıb.
Qərara əsasən, dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5%-i qədər vəsait ödənilir.
Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30%-i qədər vəsait ödənilir.
Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75%-i qədər vəsait ödənilir.
Dəvət edən tərəfin xərcləri tam və yaxud qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.
Nazirliyin Dövlət aparatının maliyyəsi şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Dövlət təşkilatlarında yoxlamalar zamanı 13 milyon manatdan artıq əsassız ödənişlər aşkar edilib
- Həbsdəki general Nizami Məmmədovdan XƏBƏR VAR: Vəsatəti təmin olunmadı
- ABŞ-də maliyyə maxinasiyalarına cəlb edilən media vasitələrinin SİYAHISI AÇIQLANIR
- Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları
- Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb