Azərbaycanda avqust ayına olan istehsalatla əlaqəli bədbəxt hadisələrin statistikası açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ötən ay Azərbaycanda istehsalatla əlaqəli 14 bədbəxt hadisə qeydə alınıb.
Belə ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% azdır.
Ümumilikdə, cari ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3% azalaraq 141-dən 94-ə, o cümlədən, qrup halında baş verən belə hadisələrin sayı 90,4% azalaraq 21-dən 2-yə enib.
Bu ilin yanvar-avqust aylarında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayında isə 38,3 % azalma qeydə alınıb.
Ülviyyə R. Əli
www.oxu.az