Astara rayonunun Vaqo kənd sakini, 31 yaşlı Elşad Qasımov isə şəxsi münasibətlər zəminində rayonun Təngərud kənd sakini, adı hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bılçaqlanıb.
Oxu.Az ANS-ə istinadən xəbər verir ki, 15 bıçaq yarası alan Elşad Qasımov təcili əməliyyata götürülüb.
Aldığı xəsarətlərdən çoxlu qan itirən yaralının vəziyyətini həkimlər kritik qiymətləndirir. Əldə edilən məlumata görə, mübahisə 10 manat pul üstündə düşüb.
Faktla bağlı Astara rayon polis şöbəsində araşdırma aparılır.