Sahibini öldürməyə gəlmiş şəxsin qarşısını kəsən it ölsə də, sahibini qorumağı bacarıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, İsmayılı rayonunda Şahin Salmanov gecə yarısı silahlanaraq qonşusu Röyal Dəmirovun həyətinə girib. Bu zaman onun üstünə it cumub. Ş.Salmanov tüfənglə iti öldürüb və səs-küydə ələ keçəcəyindən qorxaraq qaçıb.
İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları sərxoş halda olan Ş.Salmanovu tutub.
O, izahatında R.Dəmirovu öldürmək niyyətində olduğunu bildirib. Məsələ ilə bağlı İsmayıllı rayon Polis Şöbəsindən Milli.Az-a bildirildi ki, hadisə ilə bağlı təhqiqat araşdırması aparılır. Onun qonşusunu hansı səbəbdən öldürmək istəməsi isə açıqlanmır.