Gələn ilin yanvarından Azərbaycanda qısa müddətdə yığılıb-sökülə bilən evlər üçün yanğına davamlı panellərin istehsalına başlanılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu “Kingspan-İzopoli” şirkətinin sədrinin müavini Suat Kıroğlu deyib.
S. Kıroğlu bildirib ki, yarımfabrikat evlər fövqəladə hallar zamanı insanların sığınması üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, bu məqsədlə Azərbaycanda yaradılacaq müştərək müəssisənin tikintisi 50 milyon manata başa gələcək.
S. Kıroğlu bu müəssisənin istehsalı edəcəyi evlərin gələcəkdə Orta Asiya ölkələrinə - Qazaxıstan, Türkmənistan və Qırğızıstana da ixrac edilməsinin nəzərdə tutulduğunu bildirib:
“Bu sahədə Azərbaycan bölgədə logistika mərkəzinə çevriləcək”.
Qeyd edək ki, tədbir Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin dəstəyi ilə keçirilib.