Erməni dövlətinin başçısı Serj Sarkisyan rəsmi şəkildə Türkiyənin prezidentini Ermənistana dəvət edib. Dəvət 2015-ci ildə aprel ayının 24-də “erməni soyqırımı”nın 100 illiyinə həsr edilən tədbirlə əlaqədardır.
Oxu.Az ARKA agentliyinə istinadən xəbər verir ki, Sarkisyan bu barədə İrəvanda Dövlət Komissiyasının “erməni soyqırımı”nın 100 illiyinə həsr edilmiş tədbirlərin koordinasiyası üzrə dördüncü iclasında çıxış edərkən bəyan edib.
“Bütün bunlarla yanaşı biz türk xalqına qarşı düşmənçilik hiss etmirik. Bundan başqa erməni və türk xalqlarının ünsiyyət qurması, barışması üçün şərait yaratmağa çalışırıq”, - Sarkisyan əlavə edib.
Onun sözlərinə görə bu məqsədlə erməni tərəfi Türkiyə ilə münasibətin tənzimlənməsi və erməni-türk sərhəddinin açılmasına tərəfdardır.
Ermənilər və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırım” törədib.