Mayın 27-də Bakının ev sahibliyi edəcəyi atletika üzrə yeniyetmələrin Avropa Olimpiya Oyunları təsnifat yarışlarına həsr olunan mətbuat konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Atletika Federasiyasının vitse-prezidenti Karel Pilny, yarışın direktoru Məhərrəm Sultanzadə (AAF), Bakıda keçiriləcək Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən turnirin direktoru Pierce O Callaghan, MOK-un Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Könül Nurullayeva və Azərbaycan yığmasının baş məşqçisi Nazim İsrafilov iştirak edib.
Qeyd edək ki, tədbir Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.