İtin başını kəsən bu cani Qubadandır.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Qubaya ərizə vermək üçün yollanan BARS sahibsiz heyvanlara yardım sosial cəmiyyətinin volontyoru Lada Penkovanın bəyan etdiyinə görə, canilərdən biri (iti tutan) bir neçə saat əvvəl saxlanılıb.
Bu, 1977-ci il təvəllüdlü Ruslan Mailovdur. İti öldürən isə indi saxlanılıb. Onun adı Zaurdur (soyadı aydınlaşdırılır).
Şəhər sakinlərinin fikrinə görə, bu adamlar cinayətə meylli alkoqol düşkünləridir və artıq uzun müddətdir ki, ətrafdakılara zülm edirlər.
Cinayətkarlardan 500 manatdan 1000 mantadək cərimə ödəmələri tələb ediləcək.
14:58
Sosial şəbəkələrdə bir qrup azərbaycanlının itə işgəncə verərək öldürməylərinin videosu yayılıb.
Oxu.Az xəbər verir ki, onlardan biri iti tutub saxlayır, digəri isə arxadan yaxınlaşaraq onun boynundan bir neçə bıçaq zərbəsi vurur.
Videolentdən göründüyü kimi yazıq heyvanı öldürdükdən sonra, onlar hətta gülməylərindən belə qalmayırlar.
Videonu çəkən şəxs isə: “Kəs başını. Kəs başını.. Tez elə” deyir. Sonra isə köməksiz heyvanın vəhşicəsinə başını kəsirlər.
Xahiş olunur azyaşlılar və ürəyi zəif olanlar baxmasın.
www.oxu.az