Müğənni Manana Caparidze ana olmağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, Elizabet adlı qız övladı olan Manana 3 aydan sonra oğul anası olacaq.
Müğənni bu haqda “Onlar” verilişinə müsahibəsində deyib:
“Artıq hamiləliyimin 6-cı ayındayam. Doğulacaq oğluma dini ad verməyi düşünürəm. Həyat yoldaşımın istəyi ilə hamilə vəziyyətimin xatirə qalması üçün klip çəkdirirəm. Mahnı “Gözlərim” adlanır. Klipin rejissoru Nail Naiboğludur.
Hamilə vəziyyətimlə klip çəkdirmək məndə ənənə kimi alındı (gülür). Çünki qızım ana bətnində 5 aylıq olan zaman da klip çəkdirmişdim”.
Aytən Sadıqzadə
www.oxu.az