Sənət aləminin tanınmışları “Boutique” dərgisinin “Mənə arzu bağışla” adlı xeyriyyə layihəsində iştirak ediblər.
Oxu.Az xəbər verir ki, əməkdar artist Tünzalə Ağayeva, aparıcı Nərgiz Cəlilova, Leyla Əliyeva, “Four Seasons Hotel Baku”nun PR üzrə meneceri Aynur Məmmədova, aktyor Bəhram Bağırzadə, futbolçu Vaqif Cavadov, xeyriyyəçi Nərgiz Babayeva və dicey Fateh layihə çərçivəsində talassemiya, ürək çatışmazlığı kimi müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlarla birgə fotokamera qarşısına keçiblər.
Fotolar uşaqların adına açılmış hesab nömrələri ilə birlikdə “Boutique” dərgisində yerləşdirilib.