Teleaparıcı Zaur Baxşəliyev köhnə evinin fotolarını sosial şəbəkədə paylaşıb.
Oxu.Az xəbər verir ki, aparıcı həmin evdə 6 il yaşadığını qeyd edib:
“Mənim üçün dünyanın ən gözəl evi. 6 il bu evdə yaşamışam. Uşaqlığım bu evdə keçib. Hər torpağında xatirəm var”.
Qeyd edək ki, aparıcının babasına aid olan bu ev Tərtərin Azadqaraqoyunlu kəndində yerləşir.