Qusarda toy mərasimi təşkil etmək istəyən şəxslər saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinə rayonun Köhnə Xudat kəndi ərazisində yerləşən Aslan Hacıağayeva məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində toy mərasimin keçirilməsi barədə məlumat daxil olub.
Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən ünvana gələrək, toy mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq, polis bölməsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub və saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.
Rəylər