Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda keçmiş vəzifəli şəxsin cəzası yarıbayarı azaldıldı
Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cəzası azaldılıb.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qərara əsasən, Z.Sultanovun 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.
Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Z.Sultanov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Atasının qətlini sifariş edən oğul: "Anam öləndən sonra başqa qadınlarla gəzirdi"
- Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
- Talassemiyalı uşaqlara yığılan pulla bağlı məhkəmə: "Dedi ki, 93 min dollar donorun qiymətidir"
- Dələduzluqda təqsirləndirilən şəxs: "Saxta sənədlə prokurora da mobil nömrə satmışam"
- Dövlət Nəfəs Alətləri Orkestrinin sabiq bədii rəhbərinin cəzası azaldılıb
Rəylər