Aprelin 28-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlərin siyahısı açıqlanıb.
“CinemaPlus”dan verilən məlumata görə, aprelin 28-dən Rusiya istehsalı olan “Buka. Mənim sevimli bədheybətim” animasiya filminin nümayişi başlanır.
Filmin rejissoru Qeorqiy Qitisdir. Filmdə baş rolları Lyubov Aksenova, Aleksey Çumakov, Alyona Doletskaya ifa ediblər. Filmin müddəti 120 dəqiqədir və altı yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.
Cizgi film haqqında qısa məlumat:
Kral ailəsində qalmaqal: ərköyün şahzadə Varvara saraydan qaçdı və yaraşıqlı şahzadə axtarışında meşəyə getdi. Ancaq sevgilisi ilə əziz görüş əvəzinə, krallığın ən təhlükəli qulduru Buka tərəfindən tutulur. Tezliklə aydın olur ki, ərköyün şahzadə Bukanın həyatını kabusa çevirməyə hazırdır, təki məqsədinə çata bilsin. Beləliklə Varvara meşədə öz nizamını qurmağa başlayır.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar vasitəsilə əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.