“Artıq iki ilə yaxındır ki, dünya bu koronavirus bəlası ilə döyüşür. Azərbaycanda hökumətin səyləri nəticəsində bu xəstəlik nəzarət altındadır”.
Oxu.Az-ın məlumatlna görə, bunu Səhiyyə nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda COVID-19 ilə bağlı xəstəxanalarda yetərincə çarpayı sayı, həkim heyəti var:
“Azərbaycanda koronavirusla bağlı 10 min çarpayı var. Artıq ölkəmiz koronavirusla bağlı üçüncü dalğanı yaşayır”.
O qeyd edib ki, koronavirus xəstəliyinin Delta ştammı digərlərinə nisbətən 30 faiz daha sürətli yayılır.
İlhamə Əbülfət