“İkitərəfli əməkdaşlıq çərçivəsində bu gün İtaliyadan Azərbaycana həkimlər gəlib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, onlar İtaliya təcrübəsini Azərbaycanla bölüşəcəklər:
“Çindən Uhanda fəaliyyət göstərmiş və bu virusa qarşı nəticələr əldə etmiş ekspert qrupunun da bu yaxınlarda ölkəmizə gəlməsi nəzərdə tutulur”.
Azərbaycanda koronavirusla mübarizə üçün Uhanda işləmiş həkimlər gətirilir - RƏSMİ + VİDEO
İlhamə Əbülfət