Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də havanın gecə və səhər dəyişən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 16-18, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 27-də əsasən şimal və şərq rayonlarında şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.