Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda məktəblərdə nöqsanlar aşkarlandı, şöbə müdirinə töhmət verildi - RƏSMİ
Tərtər rayonu ərazisində yerləşən bir neçə ümumi təhsil müəssisəsinin inzibati binalarının, həyətyanı sahələrinin, sinif otaqlarının təyinatı üzrə istifadə edilmədiyi barədə daxil olmuş məlumatlarla əlaqədar Təhsil Nazirliyi tərəfindən yerində yoxlama aparılıb.
Bu barədə nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, araşdırma zamanı rayonun Azadqaraqoyunlu, Əskipara, Hacıqərvənd, Qapanlı və Bəyimsarov kənd məktəblərində qeyd olunan nöqsanlar öz təsdiqini tapıb:
“Qeyd olunanları nəzərə alaraq, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhərrəmova və müvafiq məktəblərin rəhbərlərinə töhmət verilib, qeyd olunan halların qarşısının alınması məqsədilə aidiyyəti üzrə digər ümumi təhsil müəssisələrində də maarifləndirmə işinin aparılması tapşırılıb”.
İlhamə Əbülfət
"Tərtər" teqi üzrə xəbərlər
- Tərtərdə yeni ailə quran gəlini sevgilisi ilə tutdular - Qətl hadisəsinin təfərrüatı
- Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib
- Bu xəbərləri qaçırmayın: 15.10.2024-ün ən mühüm hadisələri
- 21 yaşlı qız faciəli şəkildə öldü: Toyu olacaqdı
- Tərtərdə altı nəfərlik dəstə həbs olundu: Aralarında sabiq deputatın qohumu da var
Rəylər