Qusar rayonunda məktəblini maşın vurub.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında baş verib.
Belə ki, rayonun 4 nömrəli tam orta məktəbində təhsil alan şagird yolu keçən zaman onu avtomobil vurub.
O, Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun bildirilib ki, hadisəni törədən sürücü saxlanılıb:
“Faktla bağlı araşdırma aparılır”.
İlhamə Əbülfət