Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq "ölü canlar" əməliyyatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin Maliyyə uçotu sektorunun mühasib-məsləhətçisinə cinayət işi açılıb.
Oxu.Az Publika.az-a istinadla xəbər verir ki, məmur barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (Vəzifə saxtakarlığı) maddələri ilə iş başlanılıb.
Müəyyən edilib ki, qurumun mühasibi Gəncədə vəfat etmiş 11 nəfərin məlumatlarını saxtalaşdırıb. O, həmin şəxsləri sağ kimi göstərərək, onların bütün pensiya məbləğlərini bir neçə il ərzində öz yaxınlarının adlarına olan kartlara köçürüb. Bu yolla məmur dövlət büdcəsindən 162 min manat pulu gizli şəkildə mənimsəyib.
Onun 2006-2018-ci illər arasında bu əməllərlə məşğul olması bilinib.
Faktla bağlı açılmış cinayət işinin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- 238 minə aldığı gözəllik cihazları başına bəla oldu
- Vəkillikdən uzaqlaşdırılan Aşurovaya elektron qolbaq taxıldı
- Bakıda bir milyon manatlıq dələduzluq edən şəxsə HÖKM OXUNDU
- Zərərçəkən təqsirləndirilən şəxsi ağır formada təhqir etdi - 186 minlik cinayət işi
- Talassemiyalı uşaqlarla bağlı məhkəmə prosesinə həkimlərin çağırılması ilə bağlı vəsatət verilib