Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycana meymunçiçəyi "gətirən" şəxslə eyni təyyarədə olanlar da yoxlanılacaqlar?
"Təyyarədə səfər zamanı şəxslərin meymunçiçəyinə yoluxması ehtimalı sıfıra bərabərdir".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilib.
"Meymunçiçəyi çox yaxın təmas - cinsi yol və ya bir açıq yara ilə digər açıq yaranın təması zamanı yayıla bilər. Bu səbəbdən də meymunçiçəyinə yoluxmuş şəxslə eyni təyyarədə Azərbaycana qayıdan digər şəxslərin yoluxması ehtimalı sıfıra bərabərdir",- deyə açıqlamada vurğulanır.
Əzizə İsmayılova
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Bildirilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.
"Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüblər, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək", - birgə məlumatda qeyd olunub.

"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Tibb müəssisəsinə işə qəbulun müsahibə mərhələsində hansı meyarlar üzrə suallar verilir?
- Azərbaycanda qəfil ölümlərin sayı AÇIQLANDI: Özümüzü nədən qorumalıyıq?
- İki qurumdan elektron siqaretlərlə bağlı vətəndaşlara MÜRACİƏT
- Səhiyyə Nazirliyi ilk dəfə Cəbrayılda əhali üçün tibbi müayinələr təşkil edib
- Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA