Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda nazirlikdə yoxlamalar başladı
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində ciddi yoxlamalar aparılır.
Mədəniyyət Nazirliyindəki mənbədən Oxu.Az-a verilən məlumata görə, yoxlama Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun nəzarətində olmuş şöbələrdə gedir.
Yoxlamaların nazirliyin tabeliyində olan digər idarələrdə də aparılması istisna edilmir.
Qeyd edək ki, may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu saxlanılıb. Onun avtomobilindən, xidməti otağındakı kassasından külli miqdarda pul vəsaitləri aşkarlanıb.
Əməliyyat zamanı nazir Əbülfəs Qarayevin də nazirlikdə olduğu bildirilib. Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunan R.Bayramov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Mayın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- İlham Əliyev bir qrup sumqayıtlını təltif etdi - SƏRƏNCAM
Rəylər