Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda ödənişli magistrallarla bağlı YENİ CƏRİMƏLƏR GƏLİR
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni -352-1-ci maddəsində əksini tapıb.
Layihəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir.
Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə ediləcək.
"İnzibati Xətalar Məcəlləsi" teqi üzrə xəbərlər
- Bu gündən balıq ovu qadağan edildi
- Bakıda sərxoş halda yola kreslo qoyub oturan şəxs həbs edildi
- Bakıda içkili halda metroya girib söyüş söyən şəxs CƏZALANDIRILDI
- Cinayət və İnzibati Xətalar məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib
- Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyan şəxslər məsuliyyətə cəlb olundular