Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vaşinqtonda yeni planın konturları cızılır: Tramp böyük güzəşt barədə düşünür
"Ukrayna ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təklif edə biləcəyi münaqişənin həlli planına uyğun olaraq, Rusiyaya ərazi güzəştlərinə gedəcək".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi ABŞ Administrasiyasının gələcək rəhbərinə yaxın mənbələrə istinadən yazıb.
Agentlik bildirib ki, bununla belə, Ukraynanın NATO-ya üzv olması məsələsi dayandırılacaq, lakin Rusiya rəhbərliyinin istədiyi kimi, gündəmdən çıxarılmayacaq.
Məlumata görə, Tramp Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün hələ işçi qrupu çağırmalıdır. "Reuters" mənbələri hesab edirlər ki, Trampın planına əsasən, ölkə ərazisinin əhəmiyyətli hissəsi Rusiyaya keçəcək. Eyni zamanda, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması təxirə salınacaq, lakin Ağ Ev bu ideyadan tam şəkildə imtina etməyəcək.
Trampın planı, həmçinin, Rusiya belə bir düsturla razılaşmayacağı təqdirdə Ukraynanın daha çox silahlandırılmasını nəzərdə tutur. Trampın müşavirləri etiraf ediblər ki, nizamlanmaya nail olunması ABŞ-li siyasətçinin Rusiya Prezidenti Vladimir Putin, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa təmaslarından asılı olacaq.
Qeyd edək ki, Rusiya hakimiyyəti Ukraynanın silahlandırılmasının Moskvanın qətiyyətini zəiflətməyəcəyini və müharibənin gedişatını dəyişməyəcəyini dəfələrlə vurğulayıb. Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya-Ukrayna danışıqları üçün hazırda heç bir əsas yoxdur.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ Dövlət Departamentində kütləvi istefalar: Tramp Baydenin adamlarından xilas olur
- Tramp andiçmə mərasimi üçün rekord məbləğ topladı
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Kanada ABŞ-yə "müharibə elan edir"? - Baş nazir postuna namizəd görünməmiş tədbirlərlə təhdid etdi
- Trampın Qəzza planı: Fələstinlilərin İndoneziyaya deportasiya ediləcəyi iddia olunur
Rəylər