Özünü jurnalist kimi təqdim edərək məktəb direktorundan pul tələb edən qadın saxlanılıb
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 17-də özünü “Korrupsiya” qəzetinin əməkdaşı kimi təqdim etmiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Faila İbrahimova Siyəkü kənd orta məktəbinin direktoru Hikmət Muradova hədə-qorxu gələrək 100 manat alarkən Astara RPŞ əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı araşdırmalar aparılır.