Azərbaycanda yerli məhdud məsuliyyətli cəmiyyətlər (MMC) üçün qeydiyyat prosedurlarının ötən ildən sadələşdirilməsi biznes mühitində canlanmaya səbəb olub, lakin bununla yanaşı elə presedent yaradıb ki, vergi nümayəndələri bunun üzərində baş sındırmalı olacaqlar.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Hüquqi şəxslərin Dövlət reyestri qısa müddətdə bir fiziki şəxs tərəfindən rekord sayda şirkəti qeydiyyatını müəyyən edib.
Bakı sakini Ağarəhim Məmmədov 2013-cü il oktyabrın 21-dən noyabrın 6-dək 42 şirkət təsis edib. İkinci yeri Lənkəran rayonunun Vilvan kənd sakini Teymur Əliyev tutub. Onun 36 şirkəti var.
Sonra az ambisiyalı təsisçilər gəlir. Bir çox hallarda yeni şirkətlər cüzi nizamnamə kapitalı (5-10 manat) ilə yaradılıb.
Bu qədər şirkət yeni azərbaycanlıların nəyinə lazımdır və onların bunu necə idarə edəcəkləri məlum deyil.