Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı AÇIQLANDI
Azərbaycanda 2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) virusunun törətdiyi xəstəliklə qeydə alınanların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ilk dəfə qoyulmuş diaqnozla ötən il QİÇS virusunun törətdiyi xəstəliklə 120 nəfər qeydə alınıb. Onlardan üç nəfər 18 yaşa qədər uşaqlar olub.
"QİÇS virusunun törətdiyi xəstəliklə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 2 964 nəfər olub", - deyə məlumatda bildirilib.
Aləmdə Nəsib
"QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu)" teqi üzrə xəbərlər
- Tramp HİV pandemiyası ilə bağlı Avropa ölkələrini ittiham etdi
- İİV-ə yoluxmuş şəxslər ailə qura və dünyaya sağlam övlad gətirə bilərlərmi?
- İİV-ə yoluxma şübhəsi olan insan özündə hansı əlamətləri müşahidə edə bilər?
- Azərbaycana QİÇS-lə mübarizə üçün xüsusi şprislər gətiriləcək
- Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb
Ən çox oxunanlar