Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda qadın polis mayoru qəzada öldü – YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi ötən gün Neftçalada 1 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Oxu.Az xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Neftçala rayonu, Xıllı qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması haqqında məlumat daxil olub.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Məlahət Mirzəağa qızı Mehdiyeva vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən M.Mehdiyevanın cəsədi avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:55-də başa çatıb.
25.03.2016 23:05
Neftçalada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Neftçala rayon polis şöbəsinin müstəntiqi, polis mayoru, 1958-ci il təvəllüdlü Məlahət Mehdiyeva idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən “Kamaz” markalı avtomobillə toqquşub.
Avtomobil alovlanmağa başlayıb. Hadisə yerinə FHN-nin Neftçala yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və təcili yardım maşını cəlb edilib.
Qəza nəticəsində “Mercedes”sin sürücüsü sıxılmış vəziyyətdə qaldığından sükan arxasında dünyasını dəyişib.
Yolun kənarına aşan “Kamaz”ın sürücüsü, Salyan sakini, 1989 –cu il təvəllüdlü Əliyev Nahid Zəkulla oğlu və salondakı sərnişin, Bakı sakini, 1963-cü il təvəllüdlü Məmmədov Qabil Hüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Neftçala rayon xəstəxanasına yerləşdiriliblər.
Hazırda meyitin avtomobildən çıxarılması istiqamətində tədbirlər həyata keçirilir.
22:37
Bir qədər əvvəl Neftçala-Salyan avtomobil yolunun 25-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomaşını ilə “Hyundai” markalı yük maşını qarşı-qarşıya toqquşub.
Hadisə nəticəsində “Mercedes”in sürücüsü, Neftçala rayon Polis şöbəsinin müstəntiqi, polis mayoru, 58 yaşlı Məlahət Mehdiyeva hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Ermənistanda Azərbaycan dilində oxunan "Qarabağ" mahnısına görə cinayət işi açıldı
- Azərbaycan qaz tranziti sxeminə daxil edilir
- Ankara bəyannaməsi: Türk dünyası üçün yeni əməkdaşlıq mərhələsi
- Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var
Rəylər