Azərbaycanda qadın vəkillərin sayı 580 nəfərə çatıb.
Oxu.Az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin andiçmə mərasimində deyib.
Onun sözlərinə görə, bu gün daha 32 qadın vəkilliyə qəbul olunub:
"Bununla da Azərbaycanda qadın vəkillərin sayı ümumi vəkil sayının 21 faizini təşkil edir".
Samir Əli