"Azərbaycanda vəkillərin məqsədi yalnız pul qazanmaq deyil".
Oxu.Az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin andiçmə mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər çıxışının təmin olunması və onların konstitusion hüquqlarının müdafiəsi məqsədilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi mütəmadi davam etdirilir.
A.Bağırov deyib ki, pulsuz hüquqi yardımı keçirməkdə məqsəd vəkilin amalının pul qazanmaq olmadığını göstərməkdir:
"Bu aksiyada kasıb təbəqə iştirak edir, onlara hüquqi yardım göstərilir. Bu davam edəcək".
Samir Əli