Şamaxıda ilk qar sürücülərə çətin anlar yaşadıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Kanal S verdiyi məlumata görə, yağan qar rayon ərazisindəki avtomobil yollarına təsirsiz ötüşməyib. Gecədən yağan qar yolların buz bağlamasına səbəb olub. Bu isə ən təhlükəli yollardan olan Şamaxı-Pirqulu yolunda sürücülər üçün çətin anlar yaşadıb.
Pirqulu istqamətində hərəkətdə olan bütün avtomobillər yoldan qayıdıb.
Bəziləri gecəni yolda keçirib. Dağlıq ərazilərdə yerləşən yaşayış məskənlərinə 10-15 santimetrdən artıq qar yağıb. Qarın ən çox düşdüyü yerlər Məlhəm, Dəmirçi, Qızmeydan və Pirbəhli kəndləri olub. Qeyd edək ki, qarın yağmasına baxmayraq Bakı-Şamaxı magistral yolu işlək vəziyyətdədir.