“Mançester Yunayted” klubunun sabiq futbolçusu Endi Koul Bakıya səfər edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Bakcell” şirkətinin dəvəti ilə ölkəmizə gələn tanınmış eks futbolçu “Bakcell Arena”da azyaşlı uşaqlarla görüşüb.
Uşaqlarla futbol oynayan Koul daha sonra təəssuratlarını bölüşüb:
“Havanın soyuq olmasına baxmayaraq, uşaqlarla əla vaxt keçirdik. Daha əvvəl Bakıda olan Duayt York buranı çox tərifləmişdi və mən də bu gün bunun şahidi oldum. Əgər təklif alsam, böyük məmnuniyyətlə Bakıda veteranlarla futbol oynamağa hazıram”