Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda selektiv abort cəhdinə görə iki qadın ölüb
"Selektiv abortların olmasının qarşısının alınması üçün konkret təminatımız var".
Oxu.Az xəbər verir ki, bunu APA-ya müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli deyib.
Selektiv abortlara ciddi nəzarət zəruridir
O bildirib ki, selektiv abortlara ciddi nəzarət olunmalıdır:
"DSK-nın rəqəmlərinə istinadən, 2023-cü ildə doğulmuş qız uşaqlarının sayı 52 802, oğlanların isə 59 812-dir. Bu nisbətə baxanda o qədər də ciddi pozulma müşahidə olunmur. Sadəcə nisbətin saxlanılması üçün selektiv abortlara ciddi nəzarət olunmalıdır. Bizim də buna uyğun Səhiyyə Nazirliyi tərəfindən verilmiş təlimatlarımız var.
Ailə planlaması və kontraseptiv vasitələr tədbir kimi tətbiq olunur
Arzu olunmayan hamiləliklərdən qadınların qurtulması üçün kontrasepsiya və ailə planlaması həyata keçirilir. Daha sonra 2023-cü ilin avqust ayında Xidmətlər Zərfi çərçivəsində dəyişiklik oldu və uşaqlıqdaxili spiralların taxılıb çıxarılması da təminata alındı. Bu da arzuolunmayan hamiləliklərin qarşısını almaqda istifadə olunur. Selektiv abortların olmasının qarşısının alınması üçün konkret təminatımız var.
Selektiv abortlar qanunsuzdur
Dölün cinsi 12 həftədən sonra məlum olur. Bizim kliniki protokollar sosial və tibbi göstəriş yoxdursa, selektiv aborta icazə vermir. Bu halda selektiv abortlar edilirsə, qeyri-qanunidir. Abortlar demoqrafiyamıza və genofondumuza çox mənfi təsir edən faktordur. Bununla bağlı davamlı maarifləndirmə işləri aparılmalıdır".
Selektiv abort nəticəsində qadın ölümləri baş verib
Təranə Rəcəbli qeyd edib ki, 2024-cü ildə selektiv abort cəhdinə görə iki qadın ölüb:
"Ümumiyyətlə, abortlar qadın orqanizmi üçün çox təhlükəlidir. Beynəlxalq standart medikamentoz (dərmanla - red.) aborta üstünlük verir. İnvaziv müdaxilələri azaltmağa üstünlük verir. İnvaziv müdaxilələr uşaqlıqda infeksiyaların, mexaniki travmaların alınmasına səbəb olur. Bu da ağırlaşmalara və ölümlərə gətirib çıxarır.
Qadınlar ailə planlamasına üstünlük verməlidirlər
ÜST 2000-ci ildə 386 min qadın arasında ölümləri araşdırmışdı. Belə ki, 14% halda abortdan sonra ölümlər baş vermişdi. Qadınlarımız ailə planlaması etməli, arzuolunmayan hamiləlikdən qorunmalıdır".
"Selektiv abort" teqi üzrə xəbərlər
- Abortlarla bağlı rəsmi statistika: Ən çox hansı yaş qrupunda qeydə alınıb?
- Hamiləliyi dərmanla sonlandırmağın faciəvi sonu: "Qız istəmirlər deyə edirlər"
- "Bircə dənə qız gəlin" istəyənlərin sayı artır - "Qadın peşə"lərində işçi çatışmazlığı olacaq?
- Yarım ildə 42 min uşaq necə qeyb olur? - "Elə qanun lazımdır ki, yüksək cəriməyə əsaslansın"
- Ekspert: "Oğlan uşağı arzusu bəzilərini qatilə çevirir"