Mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov qazlaşdırılmış sərinləşdirici içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, xəstəxanaya gətirilən şəxs mayın 18-də orada ölüb.
Araşdırma aparılır.