Oktyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18, gündüz 21-26 dərəcə isti olacaq.
Bölgələrdə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Səhər-səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlıq ərazilərdə gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.