2025-2026-cı tədris ilində Qərbi Kaspi Universitetində politologiya ixtisası üzrə tədris aparılmayacaq.
Oxu.Az Teleqraf-a istinadən xəbər verir ki, ixtisas universitetin qəbul planından çıxarılıb.
Qeyd edək ki, ötən il universitetin politologiya ixtisasına 30 plan yeri ayrılıb. İllik təhsil haqqı isə 3 000 manat olub.
Universitet sözügedən ixtisas üzrə tədrisin aparılmayacağını təsdiqləyib.