Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 157 vaksin vurulub.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 770, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 387 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 856 363, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 558 485, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 297 878 təşkil edir.
