Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı - FOTO
Tərtər şəhərində ağacların dibinin betonlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat yerində araşdırılıb.
Bununla bağlı Oxu.Az-a Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırma zamanı şəhərin Nizami küçəsində Tərtər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində 17 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.
Faktla bağlı əraziyə cavabdeh Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.
Ağacların dibi Nazirliyin əməkdaşlarının nəzarəti altında betondan təmizlənərək suvarılıb.
Ağaclara gələcəkdə aqrotexniki qulluq göstərilməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.
"Tərtər" teqi üzrə xəbərlər
- Tərtərdə evdən meyitləri tapılan ailənin GÖRÜNTÜLƏRİ
- Bir ailəyə məzar olan evdən GÖRÜNTÜLƏR
- Azərbaycanda təbiətə yüzminlərlə manat ziyan vuruldu - Cinayət işi açıldı
- Tərtərdə yeni ailə quran gəlini sevgilisi ilə tutdular - Qətl hadisəsinin təfərrüatı
- Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib